İrakli Ğaribaşvili - Ümid edirik ki, bu il Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusu veriləcək
Ümid edirik ki, bu il Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusu veriləcək, – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Avropa Qonşuluq Siyasəti və Genişlənmə Məsələləri üzrə Avropa komissarı Oliver Varhey ilə görüşdən sonra “Twitter” sosial şəbəkəsində yazıb.
İrakli Ğaribaşvili Oliver Varheyə Gürcüstanın Avropa istəklərini dəstəkləyən mövqeyinə görə təşəkkür edir.
“Mən Brüsseldə Avropa komissarı Oliver Varhey ilə səmərəli müzakirə apardım. Biz 12 prioritetin yerinə yetirilməsi baxımından Gürcüstanın əldə etdiyi irəliləyişi müzakirə etdik. Biz komissarın Gürcüstanın Avropa istəklərinə dəstək mövqeyini yüksək qiymətləndiririk. Ümid edirik ki, bu il Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusu veriləcək”- baş nazir yazıb.