İrakli Ğaribaşvili - Ümid edirəm ki, Ermənistan və Azərbaycan tezliklə sülh sazişini imzalayacaqlar, bu, regionda sülhü gücləndirəcək və bu da, ölkələrimiz və xalqlarımız üçün mühümdür
İrakli Ğaribaşvili - Ümid edirəm ki, Ermənistan və Azərbaycan tezliklə sülh sazişini imzalayacaqlar, bu, regionda sülhü gücləndirəcək və bu da, ölkələrimiz və xalqlarımız üçün mühümdür

 
Biz Azərbaycan və Ermənistan arasındakı dialoqa böyük nikbinliklə baxırıq, ümid etmək istərdim ki, Ermənistan və Azərbaycan tezliklə regionda mövcud sülhü təşviq edəcək və gücləndirəcək sülh sazişini imzalayacaqlar -bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə bəyanatında qeyd edib.

İrakli Ğaribaşvilinin dediyi kimi, Gürcüstan hər zaman regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olmasının tərəfdarı olub.

“Qeyd etmək istərdim ki, biz erməni həmkarlarımıza minnətdarıq. Hər iki ölkə səy göstərir, hər iki hökumət ticarət-iqtisadi əlaqələrimizi daha da inkişaf etdirməyə hazırdır. Gürcüstan hər zaman regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olmasının tərəfdarı olub. Baş nazir mənim və hökumətimizin mövqeyini çox gözəl bilir. Bütün region ölkələrinə və xalqlarına fayda verəcək bu uzunmüddətli sülh quruculuğu işinə öz töhfəmizi verməyə biz hər zaman hazır idik və indi də hazırıq. Biz Azərbaycan və Ermənistan arasında davam edən dialoqa böyük nikbinliklə və ümidlə baxırıq. Ümidvar olduğumuzu bildirmək istərdim ki, Ermənistan və Azərbaycan tezliklə sülh sazişi imzalayacaq, bu, şübhəsiz ki, regionda sülhü təşviq edəcək və gücləndirəcək, ölkələrimiz və xalqlarımız üçün vacib olan sabitliyi təşviq edəcək” – Ğaribaşvili açıqlayıb.