İrakli Ğaribaşvili - Ukraynanın NATO-ya üzv olmaq istəyi və niyəti müharibənin başlamasının səbəblərindən biri idi, biz bunun nəticələrini görürük
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Rusiyanın 2022-ci ildə Ukraynada müharibəyə başlamasının səbəbini hər kəsin bildiyini açıqlayıb.
“Zənnimcə, hər kəs bunun səbəbini bilir. Məncə siz yaxşı bilirsiniz, zal da bilir. Səbəblərdən biri NATO, NATO-nun genişlənməsi, eləcə də bir çox başqa səbəblər idi” -deyə İrakli Ğaribaşvili Bratislavada Təhlükəsizlik Forumunda müvafiq suala cavabında açıqlayıb.
Ğaribaşvilidən NATO-nun genişlənməsinin müharibənin başlamasını təşviq etdiyinə inanıb-inanmadığı da soruşulub. Baş nazir məsələ ilə bağlı spekulyasiya etmək istəmədiyini bildirib.
“Mən bu barədə spekulyasiya etmək, Rusiya hökumətindən sitat gətirmək istəmirəm, lakin Ukraynanın NATO-ya üzv olmaq istəyi və niyəti səbəblərdən biri idi. Bundan irəli gələrək, biz nəticələri görürük” – deyə İrakli Ğaribaşvili açıqlayıb.