İrakli Ğaribaşvili - Ukraynada baş verənlər qətiyyən qəbuledilməzdir, ümid edirik ki, beynəlxalq ictimaiyyət bu müharibəni mümkün qədər tez bitirmək üçün əlindən gələni edəcək
İrakli Ğaribaşvili - Ukraynada baş verənlər qətiyyən qəbuledilməzdir, ümid edirik ki, beynəlxalq ictimaiyyət bu müharibəni mümkün qədər tez bitirmək üçün əlindən gələni edəcək

 
Ukraynada baş verənlər qətiyyən qəbuledilməzdir, ümid edirik ki, beynəlxalq ictimaiyyət bu müharibəni mümkün qədər tez bitirmək üçün əlindən gələni edəcək- bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında bildirib və bir daha Ukrayna və Ukrayna xalqına həmrəyliyini və dəstəyini ifadə edib.

Onun sözlərinə görə, Ukrayna xalqına kömək məqsədilə Gürcüstandan 140 ton humanitar yardım göndərilib və bu prosesin davam etdiriləcəyini qeyd edib.

“Ukraynada baş verənləri izləmək çətindir. Bir daha hökumət adından Ukraynaya və Ukrayna xalqına tam həmrəyliyimizi və dəstəyimizi ifadə etmək istərdim. Biz Ukraynanı bütün səviyyələrdə dəstəkləyirik, onu bütün beynəlxalq səviyyələrdə siyasi olaraq dəstəkləyirik və təbii ki, bundan sonra da dəstəkləyəcəyik.

Bundan əlavə, əhaliyə demək istəyirəm ki, bu günə qədər Ukraynaya yardım olaraq 140 ton humanitar yardım göndərilib və bu proses davam edəcək. Biz Ukraynaya daha çox humanitar yük göndərəcəyik. Səfirliyimiz əlindən gələni edir, səfirimiz, bildiyiniz kimi, son günə qədər orada qalıb və hələ də Ukraynadadır, Kiyevdən başqa şəhərə köçüb. O, bir neçə gün əvvəl Kiyevi tərk edib və təbii ki, biz bu prosesə sona qədər nəzarət edəcəyik ki, Ukraynadakı vətəndaşlarımızdan heç biri diqqətdən kənarda qalmasın” – deyə İrakli Ğaribaşvili bildirib.

Mən açıq şəkildə bildirmək istəyirəm ki, müharibə hamımız üçün qəti şəkildə qəbuledilməzdir. Ukraynada baş verənlər, əlbəttə ki, qəti şəkildə qəbuledilməzdir və biz hamımız Ukraynadakı müharibənin tez bir zamanda başa çatması üçün dua edirik. Baş verən bu faciə tezliklə başa çatsın. İnsanlar həlak olur və bu çox acı bir faktdır. Ümid edirik ki, bütün beynəlxalq ictimaiyyət bu müharibəni mümkün qədər tez bitirmək üçün əlindən gələni edəcək -deyə İrakli Ğaribaşvili bildirib.