İrakli Ğaribaşvili - Ukraynada 33 soydaşımız həlak olub, həlak olanların ailələrinə başsağlığı vermək istəyirəm, bu bizim üçün faciədir
İrakli Ğaribaşvili - Ukraynada 33 soydaşımız həlak olub, həlak olanların ailələrinə başsağlığı vermək istəyirəm, bu bizim üçün faciədir

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Ukraynada gürcü döyüşçülərin həlak olması səbəbilə məyusluğunu ifadə edir, həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verir. Ğaribaşvili bu barədə hökumətin bugünkü iclasında açıqlama verib.

“Həlak olanların ailələrinə, yaxınlarına və qohumlarına başsağlığı vermək istəyirəm. Buradaca, bunun bizim üçün çox böyük ağrı olduğunu bir daha qeyd etmək istərdim. Bu barədə səmimi demək istəyirəm, böyük itkidir. Ukraynada, bu müharibədə artıq 33 soydaşımız həlak olub, bu da bizim üçün faciədir. Bir daha ailələrinə başsağlığı verirəm.

İctimaiyyətə bir daha bu prosesdə bugünkü hakimiyyətin hansı rolu üstləndiyini xatırlatmaq istəyirəm. Açıqlıq gətirmək istərdim ki, hökumətimizin qərarı və ailələr ilə razılıq əsasında, hökumətin birbaşa iştirakı ilə həlak olanlarının hamısının cənazəsi vətənə gətiriləcək. Səfirliklər birbaşa iştirak edirdi, əvvəlki halları nəzərdə tuturam. Xərclər hakimiyyət tərəfindən tam olaraq qarşılanır və əksəriyyəti keçmiş hərbçilər, polislər, zabitlər olduğu üçün istər avqust, istər Abxaziya, istərsə də Samaçablo müharibəsi olsun, ərazilərimizdə gedən müharibələrdə iştirak ediblər. Bütün belə hallar ləyaqətlə qeyd olundu və hərbi qaydada dəfn edildi. Bir daha bu faciəyə görə hər kəsə başsağlığı vermək istəyirəm” –deyə Ğaribaşvili açıqlayıb.