İrakli Ğaribaşvili - Ukrayna və Moldova həvəsləndirici hədiyyə olaraq həm Avropa perspektivi, həm də status aldılar, bu tanınma münasibəti ilə onları təbrik edirəm
Ukrayna və Moldova həvəsləndirici hədiyyə olaraq həm Avropa perspektivi, həm də status aldılar, bu tanınma münasibəti ilə onları təbrik edirəm, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili hökumət administrasiyasında keçirilən brifinqdə bəyan etdi.
Baş nazirin qeyd etdiyinə görə, Ukrayna çox ağır müharibədədir və Moldova da ağır vəziyyətdədir.
“Ukrayna və Moldovanı bir daha təbrik etmək istəyirəm. Onlar həvəsləndirici hədiyyə olaraq həm Avropa perspektivi, həm də status aldılar. Bu tanınma münasibəti ilə onları təbrik edirəm, Ukrayna və Moldovaya uğurlar arzulayıram, xalqlarına firavanlıq, sülh arzulayıram. Ukrayna çox ağır müharibədədir və Moldova da ağır vəziyyətdədir. Beləliklə, biz onların həvəsləndirilməsinə paxıllıq etmirik, əksinə, onlara uğurlar arzulayırıq”, – İrakli Ğaribaşvili bəyan etdi.
Xatırladaq ki, Avropa İttifaqı şurası dünən qərar verdi, Gürcüstanın Avropa perspektivini tanısın və hazırdır, qarşıya qoyulan prioritetlər yerinə yetirilən kimi namizəd statusunu versin. Avropa İttifaqı Şurasının qərarı ilə, Ukrayna və Moldovaya Avropa İttifaqına elə dünən namizəd statusu verildi.