Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili nümyəndə heyəti ilə birlikdə Türkiyəyə yola düşdü.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində İrakli Ğaribaşvili və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş planlaşdırılır.
Elə onların məlumatına görə, hökumət başçısı zəlzələdən zərər çəkmiş Hatay vilayətinin Antakya şəhərinə gedəcək, harada da Gürcüstan Daxili İşlər Nazirliyinin xilasetmə qrupları müxtəlif ölkələrin xilasetmə xidmətləri ilə birlikdə zəlzələnin nəticələrinin aradan qaldırılması üçün likvidasiya və xilasetmə tədbirlərini həyata keçirirlər.
Baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə Daxili İşlər naziri Vaxtanq Qomelauri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili, Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze və Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi Xidmətinin rəhbəri Teymuraz Mğebrişvili daxildir.