İrakli Ğaribaşvili Türkiyənin yeni səfiri ilə görüşüb
İrakli Ğaribaşvili Türkiyənin yeni səfiri ilə görüşüb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Türkiyə Respublikasının Gürcüstandakı yeni fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay ilə görüşüb. Məlumatı hökumətin mətbuat xidməti yayır.

Baş nazir səfiri təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Ali Kaan Orbay Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın İrakli Ğaribaşviliyə səmimi salamlarını çatdırıb. İki ölkə arasında strateji tərəfdaşlığa toxunulub. İki ölkənin strateji tərəfdaşlığının mühüm nəticələri, yüksək səviyyəli ikitərəfli münasibətlərin siyasi dinamikası və Gürcüstan ilə Türkiyə Respublikasının regional-geostrateji layihələrə qoşulması və fəal əməkdaşlığı qeyd edilib.

Baş nazir, Türkiyə Respublikasıyla, strateji tərəfdaşla, bütün istiqamətlərdə səmərəli əməkdaşlığın daha da inkişaf etdirilməsinin həm regionun təhlükəsizliyi, həm də sabit və davamlı inkişaf üçün vacib olduğunu bildirib. Müzakirə olunan məsələlər arasında regiondakı mövcud vəziyyət də olub. Regionun gələcək inkişafını və uzunmüddətli rifahını təmin etmək üçün sülh və sabitliyin vacibliyi vurğulanıb.