İrakli Ğaribaşvili Türkiyənin “Limak Holdinq” şirkətinin sədri ilə görüşüb
İrakli Ğaribaşvili Türkiyənin “Limak Holdinq” şirkətinin sədri ilə görüşüb

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Davosa səfəri çərçivəsində Türkiyənin “Limak Holdinq” şirkətinin sədri Ebru Özdəmir ilə görüşüb.

Hökumət başçısı “Limak Holdinq”in sədrinə Gürcüstanda yaradılmış əlverişli biznes mühiti barədə məlumat verib və onu ölkədəki investisiya mühiti ilə tanış olmaq üçün Gürcüstana dəvət edib.

Danışıqlarda Gürcüstana bir sıra əsas bazarlara sərbəst çıxış imkanı verən Avropa İttifaqı, Çin, eləcə də region ölkələri də daxil olmaqla azad ticarət sazişləri müzakirə edilib. Gürcüstanın regional tranzit qovşağı kimi rolu və bu istiqamətdə inkişaf perspektivləri qeyd edilib.

İrakli Ğaribaşvili qeyd edib ki, Gürcüstan hökumətinin düzgün siyasəti nəticəsində iqtisadiyyat postpandemiya dövründə sürətlə bərpa olunmağa başlayıb. Limak Group inşaat, turizm, infrastruktur, aviasiya, qida və enerji sahələrində fəaliyyət göstərir və Türkiyə iqtisadiyyatının böyüməsinə və tanıtımına böyük töhfə verir.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayıb.