İrakli Ğaribaşvili Türkiyə Səfirliyində açılan başsağlığı kitabında qeyd etdi
İrakli Ğaribaşvili Türkiyə Səfirliyində açılan başsağlığı kitabında qeyd etdi

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Türkiyə Respublikasının Səfirliyində getmişdi. Məlumatı Gürcüstan hökumətinin administrasiyası yayır.

Elə onların məlumatına görə, hökumət başçısı Türkiyə Cümhuriyyətində baş vermiş zəlzələ faciəsi ilə əlaqədar açılan başsağlığı kitabında qeyd etdi və Türkiyə Cümhuriyyətinin Gürcüstandakı səfiri, Ali Kaan Orbaya başsağlığı verdi.

“Türk xalqına və yaxınlarını itirən ailələrə, dərin hüznlə həmrəylik ifadə etmək və başsağlığı vermək istəyirəm. Bu faciədə xəsarət alanlara cansağlığı və tezliklə şəfa diləyirik.

Gürcüstan hökuməti və gürcü xalqı adından, eləcə də şəxsən mənim adımdan, bu çətin zamanda Türkiyə Cümhiriyyətinə güclü həmrəyliyimi ifadə edirəm”, – baş nazirin başsağlığı məktubunda deyilir.