İrakli Ğaribaşvili - Tsğaltubonu 21-ci əsrin müassir, lakin eyni zamanda zəngin tarixi irsə malik kurortuna çevirmək ambisiyamız var
Hökumət Tsğaltubonun inkişaf etməsi üçün hər şeyi edir. Kurort yaxınlığında infrastruktur abadlaşdırılmışdı. Hökumətimiz tərəfindən artıq önəmli yenidənqurma işləri aparılıb, – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Tsğaltuboda “Tskaltubonun yeni həyatı” investisiya layihəsinin təqdimatında çıxışı zamanı bildirib.
Hökumət başçısının qeyd etdiyi üzrə, həyata keçirilən irimiqyaslı infrastruktur layihələri munisipalitetin, eləcə də bütün bölgənin iqtisadiyyatına, insanların rifahına müsbət təsir göstərəcək.
“Hökumət kurortun inkişaf etməsi üçün hər şeyi edir. Kurort yaxınlığında infrastruktur abadlaşdırılmışdı. Artıq hökumətimiz tərəfindən mühüm yenidənqurma işləri aparılıb, nəticədə Kutaisi Beynəlxalq Hava Limanının daşıma qabiliyyəti dörd dəfə artıb, eləcə də nəqliyyat infrastrukturu qaydasındadır. Bildiyiniz kimi şərq-qərb avtomaqistralının yaxınlığı Tsğaltubo üçün əlavə üstünlük olacaq. Bütün bunlarla birlikdə, ən əsası Tsğaltubonun unikallığı, onun təbiəti, suyu, resursları bu kurorta böyük üstünlük verir. 2019-cu ildə Tsğaltubonu cəmi 25.000 səyahətçi ziyarət edib və təxminimizə görə, bir neçə ildən sonra bu rəqəm on dəfə artacaq. Təbii ki, bütün bunlar munisipalitetin, eləcə də bütün bölgənin iqtisadiyyatına, insanların rifahına müsbət təsir göstərəcək. Birgə səylərlə, özəl sektor və hökumətin səyləri ilə bizim, Tsğaltubonu 21-ci əsrin müassir, lakin eyni zamanda zəngin tarixi irsə malik kurortuna çevirmək ambisiyamız var”-deyə baş nazir bildirib.