İrakli Ğaribaşvili Tenqiz Arçvadzenin dəfn mərasimində iştirak edib
İrakli Ğaribaşvili Tenqiz Arçvadzenin dəfn mərasimində iştirak edib

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili və xanımı Nunuka Tamazaşvili gürcü aktyor Tenqiz Arçvadzenin dəfn mərasimində iştirak ediblər.

Hökumət başçısı mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

Tenqiz Arçvadze oktyabrın 28-də 91 yaşında vəfat edib. Aktyor Didube Panteonunda, həyat yoldaşının yanında dəfn edilib.