İrakli Ğaribaşvili - tendensiya yaxşılaşır, yoxsulluq və işsizlik azalıb və bizim daha çox aktivliyə ehtiyacımız var
Tendensiya yaxşılaşır, yoxsulluq və işsizlik azalıb və bizim daha çox aktivliyə ehtiyacımız var- bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Gürcüstan Biznes Assosiasiyasının üzvləri ilə görüşdən sonra jurnalistlərə bildirib.
Hökumət başçısına “İqtisadi artım fonunda məhsulların qiyməti artıb, müxalifət büdcənin düzgün bölüşdürülmədiyini deyir” -deyə sual ünvanlanıb, İrakli Ğaribaşvili əvvəlki hakimiyyət dövründə ölkə iqtisadiyyatının yalnız 27 milyard olduğunu bildirib.
“Müxalifətin hakimiyyəti dövründə ölkəmizin iqtisadiyyatı 27 milyarda yaxın idi. Bizim ölkənin iqtisadiyyatı 80 milyarddır və son iki ildə mənim baş nazir olduğum müddətdə ölkə iqtisadiyyatını 30 milyard artırmışıq. Cavab və fakt budur. Bundan əlavə, demək istərdim ki, ümumilikdə 80 minə yaxın iş yeri açılıb. Buna biznes, ictimai işlər də əlavə olunur və bu, bizim bu səkkiz ay ərzində edə bildiyimiz minimumdur. Tendensiya yaxşılaşır, yoxsulluq və işsizlik azalıb və bizim daha çox aktivliyə ehtiyacımız var” – deyə baş nazir bildirib.