İrakli Ğaribaşvili - təhsilin yenilənmiş məqsədləri şagirdlərdə vətənpərvərlik hissinin yüksəldilməsi, adət-ənənələr, mədəniyyət, ailə dəyərləri baxımından milli mənsubiyyətin möhkəmləndirilməsinə əsaslanacaq
Milli Təhsil Məqsədləri 2004-cü ildə qəbul edilib və o vaxtdan bəri yenilənməyib, yeni baxışa ehtiyac var, – Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ümumi təhsil islahatının təqdimat mərasimində çıxışı zamanı bildirib.
Baş nazirin sözlərinə görə, təhsilin yenilənmiş məqsədləri şagirdlərin milli kimliyinin gücləndirilməsinə, sağlam dəyərlərin formalaşdırılmasına və yeniyetmələrin maarifləndirilməsinə əsaslanacaq.
“Yenilənmiş məqsədlər şagirdlər arasında milli kimliyin gücləndirilməsinə, sağlam dəyərlərin formalaşdırılmasına və onların vətənpərvərlik, gürcü adət-ənənələri, mədəniyyəti və ailə dəyərlərinə dair məlumatlılığının artırılmasına əsaslanacaq”, – İrakli Ğaribaşvili bildirib.