İrakli Ğaribaşvili təbii fəlakət nəticəsində həlak olanların ailələrinə başsağlığı verib - belə çətin anlarda gəlin hamımız birləşək və bu ailələr üçün dua edək
İrakli Ğaribaşvili təbii fəlakət nəticəsində həlak olanların ailələrinə başsağlığı verib - belə çətin anlarda gəlin hamımız birləşək və bu ailələr üçün dua edək

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili təbii fəlakət nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

“Bu böyük faciə nəticəsində çox təəssüf ki, həlak olan vətəndaşlarımızın ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bir daha onların kədərini bölüşürəm. Bu, çox ciddi faciədir və bütün xalq onun ətrafında birləşib”, – Ğaribaşvili bildirib.

“Mən dünəndən yaradılmış operativ qərargahda məlumatı dinlədim. Dərhal 400-dən çox xilasedici göndərilib və işə başlanılıb. 210 vətəndaşımız təhlükəsiz şəkildə təbii fəlakət zonasından çıxarılıb. Gecə saatlarında polisimiz və xilasetmə xidmətlərimiz maksimum dərəcədə səfərbər olub. Hələ də fəlakət zonasında olan vətəndaşlarımızdan heç biri diqqətdən kənarda qalmayıb. Bir daha qəhrəman xilasedicilərimizə təşəkkür etmək istəyirəm”, – deyə İrakli Ğaribaşvili bildirib.

Onun sözlərinə görə, belə kataklizmlər, faciələr, təbii fəlakətlər bütün ölkələrdə olur və indi bunun qarşısını almağın mümkünlüyü ilə bağlı hər hansı söhbət çox qeyri-ciddidir.

“Hamınızdan bir şeyi xahiş etmək istəyirəm, belə çətin anlarda gəlin hamımız birləşək, həmrəylik bildirək və bu ailələr üçün dua edək”, – İrakli Ğaribaşvili bildirib.