İrakli Ğaribaşvili Tbilisi beynəlxalq hava limanından Ermənistanın baş naziri ilə vidalaşıb

14:41, 21.12.2021

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın Gürcüstana işgüzar səfəri başa çatıb.

Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatına görə, erməni həmkarını Şota Rustaveli Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili yola salıb.

Ermənistan Respublikasının baş naziri hökumət nümayəndə heyəti ilə birlikdə dekabrın 20-də Gürcüstana səfər edib.

İşgüzar səfər çərçivəsində Gürcüstan və Ermənistan baş nazirlərinin sədrliyi ilə Hökumətlərarası İqtisadi Komissiyanın iclası keçirilib və görüşdən əvvəl iki ölkənin baş nazirlərinin təkbətək görüşü olub.

Oxşar