İrakli Ğaribaşvili "TAV Airports"un prezidenti ilə görüşüb
İrakli Ğaribaşvili "TAV Airports"un prezidenti ilə görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “TAV Airports”un prezidenti Serkan Kaptanla görüşüb.

Baş nazirin mətbuat xidmətinin məlumatında müzakirə olunan məsələlər arasında cari əməkdaşlıq və yeni hava xəttlərinin və marşrutlarının stimullaşdırılması məsələlərinin olduğu qeyd olunub.

Verilən məlumatda pandemiyadan sonrakı dövrdə turizmin bərpasının artan dinamikası ilə yanaşı mövcud xidmətlərin təkmilləşdirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyinin qeyd olunduğu deyilir.

Hökumət Administrasiyasında keçirilən görüşdə “TAV Airports”un vitse-prezidenti Frenk Mereid, TAV Georgia-nın baş direktoru Tea Zakaradze və vitse baş nazir, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili iştirak ediblər.