İrakli Ğaribaşvili Tamaz Seperteladzenin vəfatından kədərləndiyini ifadə edir
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Gürcüstanın xalq artisti, “Mavi trionun” solisti və təsisçilərindən biri, Tamaz Seperteladzenin vəfatından kədərləndiyini ifadə edir.
Hökumət başçısı Tamaz Seperteladzenin ailəsinə, dostlarına və həmkarlarına başsağlığı verir.
“Gürcüstanın xalq artisti, əfsanəvi “Mavi trionun” solisti və təsisçilərindən biri, Tamaz Seperteladzenin vəfatından kədərləndiyimi ifadə edirəm. Tamaz Seperteladze xüsusi istedadı və çoxsəsli oxumağa böyük məhəbbəti sayəsində, gürcü musiqi mədəniyyətində xüsusi iz qoymuşdur. Onun ailəsinə, dostlarına və həmkarlarına başsağlığı verirəm”, – İrakli Ğaribaşvili qeyd edir.
Müğənni, “Mavi trionun” solisti Tamaz Seperteladze 74 yaşında vəfat etdi.