İrakli Ğaribaşvili - Şuranın Avropa Komissiyasından Gürcüstan, Moldova və Ukraynanın Aİ-yə üzvlük üçün təqdim etdiyi müraciətləri öyrənmək xahişi ilə bağlı qərarını alqışlayırıq
İrakli Ğaribaşvili - Şuranın Avropa Komissiyasından Gürcüstan, Moldova və Ukraynanın Aİ-yə üzvlük üçün təqdim etdiyi müraciətləri öyrənmək xahişi ilə bağlı qərarını alqışlayırıq

 
Şuranın Avropa Komissiyasından Gürcüstan, Moldova və Ukraynanın Aİ-yə üzvlük üçün təqdim etdiyi müraciətləri öyrənmək xahişi ilə bağlı qərarını alqışlayırıq-bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili sosial şəbəkədə yazır.

Hökumət başçısı bu mühüm qərara görə şuraya təşəkkür edir.

“Münasibətlərimizin bu yeni mərhələsi bizə islahatlar gündəliyimizi gücləndirmək üçün motivasiya verir. Bu mühüm qərara görə minnətdarıq” -deyə İrakli Ğaribaşvili öz “Twitter” səhifəsində yazır.

Aİ-yə üzv ölkələrin səfirləri bu gün Avropa Komissiyasının Ukrayna, Gürcüstan və Moldova ilə bağlı fikirlərini təqdim etməsi barədə razılaşıblar.