İrakli Ğaribaşvili - sülh təşəbbüsləri çərçivəsində regionda sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi üçün səylərimizi davam etdirməyə hazırıq
İrakli Ğaribaşvili - sülh təşəbbüsləri çərçivəsində regionda sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi üçün səylərimizi davam etdirməyə hazırıq

 
Regionda sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi üçün səylərimizi davam etdirməyə hazırıq – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “Facebook” səhifəsində yazır.

Ğaribaşvili Ermənistan və Azərbaycanın baş nazirlərini qəbul etdiyinə görə şad olduğunu bildirib.

“Şadam ki, “Tbilisi İpək Yolu Forumu” çərçivəsində Cənubi Qafqazın gələcəyi, həyata keçirilməsi hamımızın ümumi mənafeyinə uyğun olan irimiqyaslı regional layihələr haqqında birlikdə danışmaq üçün Ermənistan və Azərbaycanın baş nazirlərini qəbul etmək imkanım oldu. BMT tribunasından elan etdiyim sülh təşəbbüsləri çərçivəsində regionda sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi- ölkələrimizin mənafeyi naminə bu istiqamətdə səylərimizi davam etdirməyə hazırıq” – İrakli Ğaribaşvili yazır.