İrakli Ğaribaşvili - sülh olmasa, heç nə olmayacaq, düşmənlərin bizə qarşı olan ikinci poliqona çevirmək planı növbəti dəfə iflasa uğradı
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili istər turizm, istərsə də ticarət, tikinti, istehsal və ya ixracat sahəsində bütün istiqamətlərdə Gürcüstanın ciddi irəliləyişlər əldə etdiyini və bütün bunları qorumaq üçün ölkədə sülhün zəruri olduğunu bildirib.
“Ölkədə sülh və sabitlik olmasa, heç nə olmayacaq. Dünyada olduqca çətin vəziyyətdir, İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Avropada belə bir çağırış olmayıb, Ukraynada baş verənlərə, müharibənin dayanmadığına şahid oluruq və Ukrayna ərazisinin böyük bir hissəsi, 20 %-dən çoxu artıq poliqona çevrilib. Məhvedici müharibə gedir, şəhərlər, kəndlər, rayonlar yerlə-yeksan edilir. Bunu dayandıran yoxdur. Bu səbəbdən bizə qarşı mövcud olan plan, Ukraynalaşdırma və ikinci poliqona çevirmək planı təbii ki, düşmənlərimiz üçün növbəti dəfə iflasa uğradı” – deyə İrakli Ğaribaşvili bildirib.