İrakli Ğaribaşvili - Suxuminin süqutu tariximizdə faciəli günə çevrildi, Gürcüstanın birləşməsi hər birimizin məqsədidir və vahid, güclü ölkədə yaşamağın xalqımız üçün ən yaxşı perspektiv olması inamına əsaslanır
İrakli Ğaribaşvili - Suxuminin süqutu tariximizdə faciəli günə çevrildi, Gürcüstanın birləşməsi hər birimizin məqsədidir və vahid, güclü ölkədə yaşamağın xalqımız üçün ən yaxşı perspektiv olması inamına əsaslanır

 

Gürcüstanın birləşməsi hər birimizin məqsədidir və bu vahid, güclü ölkədə yaşamağın xalqımız üçün ən yaxşı perspektiv olması inamımıza əsaslanır- bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Facebook” sosial şəbəkəsində yazır.

Hökumət başçısı Gürcüstanın birləşmə hədəfinə gedən yolun yalnız sülh prosesi, dialoq və əməkdaşlıqdan keçdiyini qeyd edir.

“1993-cü ilin sentyabrın 27-də Suxuminin süqutu tariximizdə faciəli günə çevrildi.

Müharibə yüz minlərlə insanı öz vətənində məcburi köçkünə çevirdi və ən təəssüfü də odur ki, bir çox həmvətənlərimizin həyatı bahasına başa gəldi. Bir daha onların ailə üzvlərinə və yaxınlarına başsağlığı verirəm.

Bu gündən Gürcüstanın birləşməsi hər birimizin məqsədidir və bu vahid, güclü ölkədə yaşamağın xalqımız üçün ən yaxşı perspektiv olması inamımıza əsaslanır.

Həmçinin, bu məqsədə gedən yolun ancaq sülh prosesindən, dialoqdan və əməkdaşlıqdan keçdiyinə inanır və bunu öz əməllərimizlə dəfələrlə sübut etmişik.

Gələcək abxazların və gürcülərin birliyinə, sülh və firavanlığa məxsusdur” -deyə baş nazir yazır.