İrakli Ğaribaşvili - Status Bidzina İvanişvilinin idarəçiliyinin gətirdiyi böyük dönüş nöqtəsindən, “Gürcü Arzusu"ndan asılı idi, bu yol davam edir və daha bariz nəticələr verəcək
İrakli Ğaribaşvili - Status Bidzina İvanişvilinin idarəçiliyinin gətirdiyi böyük dönüş nöqtəsindən, “Gürcü Arzusu"ndan asılı idi, bu yol davam edir və daha bariz nəticələr verəcək

Namizəd statusunun əldə edilməsi ölkənin 2012-ci ildə əldə etdiyi və Bidzina İvanişvilinin, “Gürcü Arzusu” idarəçiliyinin gətirdiyi böyük dönüş nöqtəsindən asılı idi – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “Səfirlərin Konfransı 2023”də açıqlayıb.

Baş nazir bildirib ki, işlər davam etdirilir , bu da ölkənin inkişafı yolunda daha bariz nəticələr verəcək.

“Məhz hakimiyyətimiz dövründə assosiativ saziş üzərində iş başladı, saziş imzalandı, sonra Avropa ilə azad ticarət, vizasız rejim. 2012-ci ildən əvvəl kiminsə bu nəticəni düşünməsi ağlasığmaz idi. Bütün bunların, böyük işlərin, zəhmətlərin tacı hamımızın birlikdə əldə etdiyimiz namizəd statusu idi. Təbii ki, bu, öz-özünə baş verməyib, baş verməzdi. Təbii ki, bu, ölkənin 2012-ci ildə əldə etdiyi böyük dönüş nöqtəsindən – Bidzina İvanişvilinin idarəçiliyi və bütün “Gürcü Arzusu”nun, bizim komandanın, hakim partiyanın gətirdiyi demokratik dönüş nöqtəsindən və böyük irəliləyişdən asılı idi. Təbii ki, bu yol davam edir və bu, ölkəmizin inkişaf yolunda daha bariz nəticələr verəcək” – deyə İrakli Ğaribaşvili açıqlayıb.