İrakli Ğaribaşvili - Şovidə baş verənlər bütün ölkə üçün çox ağır sınaqdır, hökumət ilk dəqiqələrdən qoşulmuşdu
Öz adımdan və hökumət adından dərin məyusluğumu bildirmək istəyirəm, Şovidə baş verən dəhşətli faciədir, bütün Gürcüstanı sarsıtdı, bu səbəbdən bir daha ailələrə başsağlığı vermək istəyirəm -bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Gürcüstan hökumətinin iclasında bildirib.
Baş nazir Şovidə baş verənlərin bütün ölkə üçün çox ağır sınaq olduğunu bildirib.
“Hökumət ilk dəqiqələrdən prosesə qoşulmuşdu. Qəhrəman xilasedicilərimiz, 400-ə yaxın xilasedici işlərə qoşulmuşdu. 210 soydaşımız təbii fəlakət zonasından sağ-salamat çıxarılıb. Həmçinin, onu da demək istəyirəm ki, qəhrəman əsgərlərimiz bu işlərə qoşuldular, qürur mənbəyimiz, qəhrəman xilasedicilərimizə kömək edirdilər. Bizim tərəfimizdən səfərbərlik tam idi. Həkimlər bölgədə idilər. Əraziyə yüzdən çox xüsusi texnika səfərbər olunub. Bu işlərə cənab Karseladze özü rəhbərlik edirdi. Hamımız yerindəcə səfərbər olduq. Bir daha demək istəyirəm ki, bu, hamımız üçün çətin sınaqdır və bir daha həlak olanların ailələrinə başsağlığı verirəm”- deyə baş nazir açıqlayıb.