İrakli Ğaribaşvili - Şovi, Lançxuti və Çoxatauridə baş vermiş təbii fəlakətlə əlaqədar hökumətin ehtiyat fondundan 10 milyon lari ayrılıb, zərərçəkmişlərin heç birinin evsiz qalmaması üçün ümumilikdə 30 milyon lari xərclənəcək

Bu il Şovidə, eləcə də Lançxuti və Çoxatauri munisipalitetlərində də böyük problem və faciə baş verdi. Təbii fəlakətdən zərər çəkmiş ailələrə dəstək üçün Gürcüstan hökumətinin ehtiyat fondundan 10 milyon lari ayrılıb-bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin fəaliyyəti haqqında 2023-cü ilin hesabatını təqdim edərkən açıqlayıb.

“Zərərçəkmişlərin heç birinin evsiz qalmaması üçün ümumilikdə 30 milyon lari xərclənəcək” – baş nazir açıqlayıb.