İrakli Ğaribaşvili - sosial cəhətdən müdafiəyə ehtiyac duyan insanların məşğulluq proqramı ilə 30 minə yaxın insan işlə təmin olunub, ən azı 200 min sosial cəhətdən həssas olan əmək qabiliyyətli insanımız var, onları işlə təmin etmək bizim arzumuzdur
İrakli Ğaribaşvili - sosial cəhətdən müdafiəyə ehtiyac duyan insanların məşğulluq proqramı ilə 30 minə yaxın insan işlə təmin olunub, ən azı 200 min sosial cəhətdən həssas olan əmək qabiliyyətli insanımız var, onları işlə təmin etmək bizim arzumuzdur

 

Sosial cəhətdən müdafiəyə ehtiyac duyan insanların məşğulluq proqramı ilə 30 minə yaxın insan işlə təmin olunub, ən azı 200 min sosial cəhətdən həssas olan əmək qabiliyyətli insanımız var və bizim istəyimiz bütün bu insanları işlə təmin etməkdir – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında açıqlayıb.

Baş nazir sosial cəhətdən müdafiəyə ehtiyac duyan insanların təkcə ictimai fəaliyyətə cəlb edilməsinin deyil, həm də onların mərhələli şəkildə biznesə keçidi və peşəkar bacarıqlarının inkişaf etdirilməsinin vacib olduğunu açıqlayıb.

“Bir neçə ay əvvəl yeni təşəbbüsü həyata keçirməyə başladıq, bu sosial cəhətdən müdafiəyə ehtiyac duyan təbəqələrin məşğulluğu ilə bağlıdır. Bu da Avropa modeli, təcrübəsidir. Artıq 30 minə yaxın sosial cəhətdən həssas insan işlə təmin olunub. Bu çoxdur, lakin az da deyil, hərçənd resurs daha çoxdur. Təxminən 200-300 min, ən azı 200 min sosial cəhətdən müdafiəyə ehtiyac duyan insanlarımız var. Bu insanların hamısını işlə təmin etmək, onları təkcə ictimai fəaliyyətə deyil, həm də biznesə cəlb etmək, onların mərhələli şəkildə keçidini və işlə təmin olunmasını, peşəkar bacarıqlarını inkişaf etdirmək bizim vəzifəmiz və istəyimizdir. Bu, bizim əsas prioritetimizdir” – deyə İrakli Ğaribaşvili bildirib.

Hökumət başçısı özəl sektorun işçi qüvvəsinin çatışmazlığından şikayətləndiyini və biznes nümayəndələrinin onunla bu barədə görüşdə də danışdıqlarını açıqlayıb.

“Mən daha bir ağrılı məsələyə toxunmaq istəyirəm. Bu qədər iş yerlərinin açılmasına baxmayaraq, bir çox işəgötürən, o cümlədən tikinti sektorunda çalışanlar və digər sektorlardakı işəgötürənlər işçi qüvvəsinin çatışmazlığından şikayətlənirlər. 100 mindən çox iş yeri açılıb, lakin tələbat daha çoxdur. Ölkədə daha çox insan işlə təmin oluna bilər. Mən şəxsən biznes nümayəndələri ilə danışmışam, bir neçə həftə əvvəl onlarla görüşüm olub və hamısı yekdilliklə deyirlər ki, işçi qüvvəsini artırmaq lazımdır. Hökumət bunu necə etməlidir? Təbii ki, o, bizneslə daha da aktiv ünsiyyət qurmağa və koordinasiyalı şəkildə işləməyə hazırdır” – deyə İrakli Ğaribaşvili bildirib.