İrakli Ğaribaşvili sorğu vərəqəsinin ikinci hissəsini vaxtından əvvəl Aİ-yə təqdim edəcəklərini bildirir
İrakli Ğaribaşvili sorğu vərəqəsinin ikinci hissəsini vaxtından əvvəl Aİ-yə təqdim edəcəklərini bildirir

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin sözlərinə görə, Aİ-nin sorğu vərəqəsinin birinci hissəsi üzrə işlər başa çatıb və tamamlanmış sənədi Aİ-nin Gürcüstandakı səfiri Karl Hartselə bu gün şəxsən təqdim edəcək.

Baş nazir sorğu vərəqəsinin doldurulması prosesinə qoşulan hər kəsə təşəkkür edib.

“Bildiyiniz kimi, biz artıq Aİ -nin sorğu vərəqəsi üzərində işi başa çatdırmışıq. Birinci hissə hazırdır və bu gün mən şəxsən tamamlanmış sənədi Aİ-nin səfiri cənab Karl Hartselə təqdim edəcəyəm. Bu prosesə qoşulmuş hər kəsə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu, çox zəhmət tələb edən hissə idi və biz onu uğurla başa vurduq” -deyə İrakli Ğaribaşvili bildirib.

Baş nazir həmçinin qeyd edib ki, Aİ-nin sorğu vərəqəsinin ikinci hissəsi üzərində iş gedir. Onun sözlərinə görə, tamamlanan sənədi vaxtından əvvəl Aİ-yə təqdim edəcəklər.

“Hazırda ikinci hissə üzərində iş aparılır, bu daha geniş sənəddir.
Təxminən 2300 sual var. Sorğunun ikinci hissəsi texniki, sektoral, sahə istiqamətləri və s. ilə 33 fəsildən ibarətdir. İkinci hissəni mayın 13-dək, daha tez Avropa İttifaqına təqdim edəcəyik”- deyə İrakli Ğaribaşvili bildirib.