İrakli Ğaribaşvili - son yeddi ayda iqtisadi artım göstəriciləri 10,3 faiz təşkil edib ki, bu da bütün dünyada misli görünməmiş yüksək iqtisadi artımdır
Son 7 ayda 10,3% təşkil edən iqtisadi artım göstəriciləri rəsmi olaraq dərc edilib, bu, həqiqətən də bütün dünyada misli görünməmiş yüksək iqtisadi artımdır -bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında deyib.
Baş nazir qeyd edib ki, ixrac xeyli 40%, pul köçürmələri isə 46,8% artaraq 300 milyon dolları keçib.
“Vətəndaşlarımıza bir daha demək istəyirəm ki, ötən həftə iqtisadi artımın göstəriciləri rəsmi olaraq dərc edilib və son 7 ayda 10,3% təşkil edib. Bir daha demək istəyirəm ki, bu, həqiqətən də dünyada misli görünməmiş yüksək iqtisadi artımdır. Ukrayna fonunda çox böyük çağırışlar olduğunu yaxşı başa düşürsünüz , bu problemlər təkcə Avropada yaşanmır, artıq bütün dünyaya keçib və bu fonda biz, bizim ölkəmiz ikirəqəmli iqtisadi göstəricilərə nail ola bilirik və bu təbii ki, çox xoşdur. Buradaca qısaca deyim ki, hökumətin əvvəlki iclasında bu barədə danışdım, ixrac xeyli 40 faiz artıb, həm də vətəndaşlarımızın nəzərinə çatdırmaq istəyirəm ki, pul köçürmələri 46,8 faiz artaraq 300 milyon dolları ötüb. Biznes sektora gəlincə, vətəndaşlarımıza demək istərdim ki, iyunda həm birinci rübdə, həm də ikinci rübdə biznes sektorunda dövriyyə xeyli artıb, eləcə də işlə təmin olunmuş əhalinin sayı artıb. Bu, əlbəttə ki, çox müsbət göstəricidir” – deyə İrakli Ğaribaşvili bildirib.