İrakli Ğaribaşvili - Son on ildə ölkədə yarım milyondan çox insan yoxsulluqdan xilas olub
Son on ildə Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan xilas olub-bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili peşə təhsilinin inkişafına yeni baxışın təqdimat mərasimində çıxışı zamanı bildirib.
Ğaribaşvilinin qeyd etdiyi kimi, son üç ildə yoxsulluq və işsizlik xeyli azalıb.
“Bu gün yoxsulluq və işsizlik tarixi minimum həddədir. 2012-ci ili yada salsaq, o zaman yoxsulluq səviyyəsi 30 faizə yaxın, işsizlik 27 faizdən yuxarı idi, bu gün işsizlik səviyyəsi 17 faizə yaxın, yoxsulluq səviyyəsi isə 15 faizdir. Son on ildə yarım milyondan çox insan yoxsulluqdan xilas olub” – İrakli Ğaribaşvili bildirib.