İrakli Ğaribaşvili - son günlərdə koronavirusun halları artdı, vətəndaşlıq məsuliyyətini göstərək, əsas çıxış yolu vaksinasiyadır
İrakli Ğaribaşvili - son günlərdə koronavirusun halları artdı, vətəndaşlıq məsuliyyətini göstərək, əsas çıxış yolu vaksinasiyadır

Son günlərdə koronavirusun halları artdı və əsas çıxış yolu bu vəziyyətdə vaksinasiyadır, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili jurnalistlərə bəyan etdi.

Onun dediyinə görə, Gürcüstana artıq Çin vaksininin milyon dozası daxil oldu və mərhələ şəklində “fayzer” vaksini daxil olur.

“Son günlərdə görürsünüz ki, koronavirusun hallarının artması var. Millətə demək istəyirəm, əsas çıxış yolu bu vəziyyətdə vaksinasiyadır. Ona qədər problemimiz var idi ki, ölkədə kifayət qədər sayı yox idi, hər şeyi etdik ki, vaksinin kifayət qədər sayını gətirək. Sinoval və Sinofarmın milyon dozası yerindədir. Gürcüstana artıq Çin vaksininin milyon dozası daxil oldu və mərhələ şəklində, hər şənbə-bazar, “fayzer” vaksini daxil olacaq. Bununla yanaşı, Amerika hökuməti “fayzerin” yarım milyon dozxasının hədiyyə edilməsinə qərar verib, hansını da yaxın həftələr ərzində qəbul edəcəyik”, – İrakli Ğaribaşvili bəyan etdi.

Elə onun dediyinə görə, lazımdır ki, hər bir vətəndaş öz vətəndaşlıq məsuliyyətini göstərsin və peyvənd edilsin.

“Son dövrdə hallar uşaqlarda artdı. Bir valideyn kimi, əhaliyə müraciət etmək istəyirəm, vətəndaşlıq məsuliyyətimizi göstərək. Hökumətin əhaliyə geniş vaksinasiyadan başqa təklif etməyə berketi yoxudur. Hansını da artıq başlamışıq. Dünən rekor say var idi. 10 min peyvənd etdik. Bu yetərli deyil. Biz ən azından 20-30 minə qədər çıxmalıyıq ki, ayda əhalimizin təxminən yarım milyonunun peyvənd edək. Bundan başqa çıxış yolumuz yoxdur. Mən, vətəndaşlar, biznes üçün narahatedici məhdudiyyətin tədbiq olunması sözünü istifadə etmək istəmirəm və buna ölkəmiz dözə bilməyəcək. İstəyirəm hamı, özəl bölmə və hər bir vətəndaş yaxşı dərk etsin ki, hökumətə indi dəstək lazımdır. Bizə birgə səylərlə geniş vaksinasiyanın uğurla başa çatdırması lazımdır”, – İrakli Ğaribaşvili bəyan etdi.