İrakli Ğaribaşvili Sloveniyanın Baş naziri Robert Qalob ilə görüşüb
İrakli Ğaribaşvili Sloveniyanın Baş naziri Robert Qalob ilə görüşüb

 
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili İspaniya Krallığının Qranada şəhərində Sloveniya Respublikasının Baş naziri Robert Qalob ilə görüşüb.

Görüşdə Gürcüstanın Baş naziri ölkənin Avropaya inteqrasiyası məsələsi barədə ətraflı danışıb və qeyd edib ki, Gürcüstan Avropa İttifaqının 12 tövsiyəsinin əksəriyyətini artıq yerinə yetirib, proses davam edir və Avropa İttifaqının tövsiyələrinə uyğun olaraq tənzimlənəcək bəzi məsələlər olduğunu söyləyib. İrakli Ğaribaşvili görüşdə Gürcüstanın namizəd statusuna layiq olduğunu deyib.

Hökumət başçısı Gürcüstanın Avropa ailəsinə qoşulmasının bütün mərhələlərində Sloveniyanın güclü siyasi dəstəyinə ümid etdiyini bildirib.

İrakli Ğaribaşvili Robert Qalobu Sloveniya Respublikasının BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.