İrakli Ğaribaşvili – Sloveniyanın Baş naziri ilə ikitərəfli münasibətlərin gündəliyini və əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanları müzakirə etdim

16:18, 01.11.2021

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində Sloveniya Respublikasının baş naziri Janez Yanşa ilə görüşünə əks-səda verib.

Hökumət başçısının sözlərinə görə, Sloveniya Respublikasının Baş naziri ilə ikitərəfli münasibətlərin gündəliyi və əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar müzakirə edilib.

“Mənim Sloveniya Respublikasının Baş naziri Janez Yanşa ilə səmərəli görüşüm oldu. Biz ikitərəfli münasibətlərin gündəliyini və əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanları müzakirə etdik. Biz Sloveniyanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyi, həmçinin onun Avropa İttifaqına və Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulmaq istəklərini yüksək qiymətləndiririk”, – deyə İrakli Ğaribaşvili yazıb.

Oxşar