Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Slovakiya Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Pavel Vizdal ilə vida görüşü keçirib.
Gürcüstan hökumətinin məlumatına görə, görüşdə Gürcüstan və Slovakiyanın ikitərəfli münasibətlərdə, o cümlədən siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində əldə etdiyi mühüm irəliləyişlər müzakirə olunub.
“Söhbət zamanı ölkə üçün mühüm dəstək layihələri müzakirə edilib, o cümlədən Slovakiyanın səhiyyə sektoruna göstərdiyi yardımın əhəmiyyəti vurğulanıb. Hökumət administrasiyasında keçirilən görüşdə Slovakiya Respublikasının səfiri baş nazirə Gürcüstanın Avropa İtrifaqına üzvlüyünə qəti dəstəyini təsdiqləyib. İrakli Ğaribaşvili iki ölkə arasında mövcud strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə görə Slovakiya Respublikasının səfirinə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb”, – Gürcüstan hökumətinin məlumatında deyilir.