İrakli Ğaribaşvili - siyasətimizlə, hərəkətlərimizlə təsdiq etdik ki, biz bütün ölkələrə və onların suverenliyinə hörmət edirik, lakin ən çox ölkəmizi sevirik
Dəfələrlə demişəm və bütün ölkələrə, bütün ölkələrin suverenliyinə hörmət etdiyimizi siyasətimizlə, hərəkətlərimizlə təsdiqləmişik, lakin ən çox ölkəmizi sevirik -bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili səfirlərin konfransında çıxışı zamanı açıqlayıb.
O, Ukrayna hakimiyyət nümayəndələrinin bəyanatlarını dinləməyin xoş olmadığını, lakin ölkə müharibədə olduğundan Gürcüstan hakimiyyətinin bu mövzu ilə bağlı əlavə şərh vermək istəmədiyini bildirib.
“Açıq şəkildə deyək ki, bizim üçün əlbəttə, Ukrayna hakimiyyətinin nümayəndələri tərəfindən səsləndirilən bəyanatları eşitmək xoş deyildi, lakin buradaca qeyd etmək istərdim ki, ölkə, hökuməti və xalqı müharibədə olduğundan bu mövzuda artıq açıqlamalar vermək, bu mövzuyu şərh etmək istəmirik. Bir şeyi demək istəyirəm ki, əsas vəzifəmiz öz milli maraqlarımızı qorumaqdır. Dəfələrlə demişəm və bütün ölkələrə, bütün ölkələrin suverenliyinə təbii ki, hörmət etdiyimizi siyasətimizlə, hərəkətlərimizlə təsdiqləmişik, lakin ən çox ölkəmizi sevirik. Müvafiq olaraq, hamımızın əsas öhdəliyimiz ilk növbədə ölkəmizin maraqlarını qorumaqdır. Təbii ki, öz mesajımızı paytaxtlara düzgün çatdıra bilmək, ölkəmizin maraqlarını düzgün ifadə etmək, təəssüf ki, təkcə bizim ölkəmizdən deyil, başqa ölkələrdən də axan dezinformasiya kampaniyası ilə düzgün və səmərəli mübarizə aparmaq üçün bu böyük işdə sizlərin, səfirlərin rolu xüsusidir. Biz bunun ölkəmizin milli maraqlarına qarşı təşkil edilmiş hücum olduğunu yaxşı başa düşürük. Bu səbəbdən bu hücuma, dezinformasiyaya effektiv nəzarət, cavab tədbirləri lazımdır” – deyə İrakli Ğaribaşvili açıqlayıb.