İrakli Ğaribaşvili Şeyx Nahian Mübarək Əl-Nahainla görüşüb
İrakli Ğaribaşvili Şeyx Nahian Mübarək Əl-Nahainla görüşüb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Birləşmiş Ərəb Əmirliklərinin Tolerantlıq və Birgəyaşayış naziri Şeyx Nahian Mübarək Əl-Nahainla görüşüb.

Gürcüstanın baş nazirinin mətbuat xidməti tərəfindən verilən məlumatda, Şeyx Nahian Mübarək Əl-Nahainın Gürcüstana qoyulan ən böyük investisiyalardan birinin sahibi olduğu deyilir.

Görüşdə müzakirə olunan məsələlər arasında iki ölkə arasında mövcud əməkdaşlığın əsas istiqamətləri və gələcək əməkdaşlığın dərinləşdirilməsi perspektivləri də olub.

Baş nazir Birləşmiş Ərəb Əmirliklərinin cəlbedici kommersiya, ticarət və texnoloji mərkəz olduğunu və onun bütün istiqamətlərdə artan beynəlxalq mövqelərinin təqdirə layiq olduğunu qeyd edib.

Rəsmi görüşdən sonra Şeyx Nahian Mübarək Əl-Nahain İrakli Ğaribaşvilini işgüzar nahara qəbul edib.

Şeyx Nahian Mübarək Əl-Nahain Gürcüstana 150 milyon dollar sərmayə qoyub.