İrakli Ğaribaşvili - Səudiyyə Ərəbistanının Baş naziri ilə görüşdə regional, qlobal çağırışları və ümumi maraqlar kontekstində tərəfdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik
İrakli Ğaribaşvili - Səudiyyə Ərəbistanının Baş naziri ilə görüşdə regional, qlobal çağırışları və ümumi maraqlar kontekstində tərəfdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik

 

Səudiyyə Ərəbistanı Krallığının Baş naziri ilə görüşdə regional, qlobal çağırışları və ümumi maraqlar kontekstində tərəfdaşlığı genişləndirmək imkanlarını müzakirə etdik – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində yazır.

Hökumət başçısı səmimi qəbula və səmərəli görüşə görə Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi və Baş naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda təşəkkürünü bildirib.

“Səudiyyə Ərəbistanına səfərim zamanı səmimi qəbula və səmərəli görüşə görə Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda təşəkkür edirəm. Mövcud regional, qlobal çağırışları və ortaq maraqlar kontekstində tərəfdaşlığımızı genişləndirmək imkanlarını müzakirə etdik” – deyə Baş nazir qeyd edib.