İrakli Ğaribaşvili Səudiyyə Ərəbistanı Krallığının iqtisadiyyat və planlaşdırma naziri ilə görüşüb
İrakli Ğaribaşvili Səudiyyə Ərəbistanı Krallığının iqtisadiyyat və planlaşdırma naziri ilə görüşüb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Səudiyyə Ərəbistanı Krallığının iqtisadiyyat və planlaşdırma naziri Feysəl Fadil Əl-İbrahim ilə görüşüb.

Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkənin müxtəlif qurumları arasında mövcud məhsuldar əməkdaşlığın əhəmiyyəti vurğulanıb və iqtisadiyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müəyyən edilib.

Gürcüstan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq üçün birgə iqtisadi komitənin yaradılması imkanları müzakirə olunub. Baş nazir Səudiyyə Ərəbistanı Krallığından Gürcüstana daha çox investorun daxil olmasını alqışladığını qeyd edib.

Turizmin Gürcüstan iqtisadiyyatının sürətlə inkişaf edən sahəsi olduğu, Səudiyyə Ərəbistanı vətəndaşlarının vizasız rejimdən istifadə etdiyi və Səudiyyə Ərəbistanından gələn ziyarətçilərin sayının ildən-ilə artmasının sevindirici hal olduğu vurğulanıb.

Görüşdə həmçinin Ukraynada davam edən hərbi əməliyyatlar və bunun nəticəsində Şərqi Avropa regionunda yaranmış təhlükəsizlik çağırışları müzakirə edilib. Baş nazir Gürcüstanın müxtəlif formatlar da daxil olmaqla Ukraynaya həmrəyliyini və siyasi dəstəyini bir daha təsdiqləyib.

Hökumət Administrasiyasında keçirilən görüşdə Səudiyyə Ərəbistanı nazirinin Beynəlxalq İqtisadiyyat Məsələləri üzrə müavini Bəndər Əbdülmohsen Əl-Xəmis, İcraçı Ofisin baş direktoru Zəid Muhammed Əl-Zaid, Səudiyyə Ərəbistanı Krallığının səfiri vəzifəsini icra edən Amer Ömər Amer, vitse baş nazir, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili və Hökumət Administrasiyasının rəhbəri İlia Darçiaşvili iştirak edirdilər.