İrakli Ğaribaşvili Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə yola düşüb
İrakli Ğaribaşvili Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə yola düşüb

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili nümayəndə heyəti ilə birlikdə Səudiyyə Ərəbistanı Krallığına yola düşüb.

Baş nazirin mətbuat xidmətindən verilən məlumatda rəsmi səfər çərçivəsində ikitərəfli, yüksək səviyyəli görüşlərin keçirilməsinin planlaşdırıldığı deyilir.

Baş nazir İrakli Ğaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə vitse-baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İlia Darçiaşvili və Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir.