İrakli Ğaribaşvili Serbiyanın Gürcüstandakı səfiri ilə görüşüb
İrakli Ğaribaşvili Serbiyanın Gürcüstandakı səfiri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Serbiya Respublikasının Gürcüstandakı səfiri Tatyana Panayotoviç-Çvetkoviç ilə görüşüb.

Hökumət Administrasiyasından verilən məlumata əsasən, tanışlıq xarakterli görüşdə hökumət başçısı Tatyana Panayotoviç-Çvetkoviçi bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və onun səfir kimi fəaliyyəti dövründə Gürcüstan və Serbiya arasında dostluq əlaqələrinin daha da dərinləşəcəyinə ümid etdiyini bildirib.

“Görüşdə müzakirələr zamanı Gürcüstan və Serbiya arasında mövcud münasibətlərə və gələcək əməkdaşlığın perspektivlərinə toxunulub.

Vurğulanıb ki, Gürcüstan Serbiyanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstəyini, eləcə də tanımamaq siyasətini yüksək qiymətləndirir. Qeyd olunub ki, Gürcüstan öz növbəsində Serbiyanın ərazi bütövlüyü məsələsində aydın mövqe nümayiş etdirir”-  məlumatda deyilir.