İrakli Ğaribaşvili Serbiya Milli Assambleyasının sədri ilə görüşüb
İrakli Ğaribaşvili Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Serbiya Respublikasının Milli Assambleyasının sədri Vladimir Orliç ilə görüşüb.

Baş nazirin mətbuat xidməti görüşdə Gürcüstan və Serbiya arasında münasibətlərin artan dinamikasının müzakirə olunduğuna dair məlumat yayır. İki ölkə arasında mövcud iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyi qeyd olunub. Buradaca ticarətin artan həcmi müsbət qiymətləndirilib.

“Hökumət Administrasiyasında keçirilən görüşdə Gürcüstan və Serbiyanın Avropa İttifaqının tamhüquqlu üzvlüyü kimi ortaq istəyi olduğu qeyd olunub. Həmçinin, bu istiqamətdə iki ölkənin həm ikitərəfli, həm də regional formatda səmərəli əməkdaşlıq etdiyi vurğulanıb.

İrakli Ğaribaşvili Vladimir Orliçə Serbiyanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstəyinə görə təşəkkür edib və Gürcüstanın Serbiyanın ərazi bütövlüyü məsələsində aydın mövqeyini təsdiqləyib”- deyə Baş nazirin mətbuat xidməti tərəfindən yayılmış məlumatda deyilir.

Görüşdə Serbiya Respublikasının Gürcüstandakı səfiri Tatyana Panaiotoviç-Tsvetkoviç, Milli Assambleyanın vitse-spikeri/Avropaya İnteqrasiya Komitəsinin sədri Elvira Kovaç, Serbiya-Gürcüstan Parlament Dostluq Qrupunun rəhbəri Dubravka Filipovski, Gürcüstan tərəfdən isə Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze iştirak edib.