İrakli Ğaribaşvili - senatorlar, Cin Şahin və Rob Portmanın Gürcüstana səfəri ABŞ-ın güclü dəstəyinin siqnalıdır
İrakli Ğaribaşvili - senatorlar, Cin Şahin və Rob Portmanın Gürcüstana səfəri ABŞ-ın güclü dəstəyinin siqnalıdır

Senatorlar, Cin Şahin və Rob Portmanın Gürcüstana səfəri strateji partnyorumuz, Amerika Birləşmiş Ştatlarının güclü dəstəyinin siqnalıdır, – bu barədə gürcüstanın baş naziri, İrakli Ğaribaşvili “tvitter” sosial şəbəkəsində yazır.

Hökumət başçısı qeyd edir ki, görüşdə bölgədə son zamalar inkişaf edən hadisələri, Qara Dəniz təhlükəsizliyi əhəmiyyətini, NATO ilə bağlı məsələləri və Gürcüstanın iqtisadiyyatının bərpasını müzakirə etdilər.

“Senatorlar, Cin Şahin və Rob Portmanın Gürcüstana səfəri Atlantik Okeanının o biri tərəfindəki strateji partnyorumuz, Amerika Birləşmiş Ştatlarının güclü dəstəyinin siqnalıdır. Senatorlarla  bölgədə son zamalar inkişaf edən hadisələri, Qara Dəniz təhlükəsizliyi əhəmiyyətini, NATO ilə bağlı məsələləri və Gürcüstanın iqtisadiyyatının bərpasını müzakirə etdik”, – Ğaribaşvili yazır.