İrakli Ğaribaşvili - səhiyyə sahəsi üçün ayrılmış büdcə demək olar ki, bir milyard yarıma çatıb, bu da olduqca böyük irəliləyişdir
2012-ci ilə qədər praktiki olaraq heç bir prevensiyal proqram yox idi, eynilə Hepatit C-ni müalicə etmək təsəvvürolunmaz idi – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Sağlamlığın Müdafiəsi Ümumi Dövlət Proqramının on illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Baş nazir yalnız tək-tük pasiyentin xərçəng əleyhinə dərmanlar qəbul etmək imkanına malik olduğunu, bunun da özəl maliyyə ilə mümkün olduğunu və bu sektorda çoxlu çağırışlar olduğunu bildirib.
“Vətəndaşlarımız, hamınızın yaxşı bildiyi üzrə, adi səhiyyə xidmətlərindən yararlanmaq üçün evlərini və avtomobillərini satmağa məcbur olurdular. Deməli, vətəndaşımız dövlətdən, dövlət qayğısından tamamilə uzaq salınmışdı. Biz çox yaxşı bilirik – hakimiyyətin münasibətini qiymətləndirmək üçün təbii ki, bu halda, ilk növbədə vətəndaşlara qarşı bu münasibət vurğulanmalıdır, dövlət öz vətəndaşlarının sağlamlığının, həyatının qorunmasının qayğısına necə qalır, təhsil və s.
Ümumi səhiyyə proqramına başladıqdan sonra qısa müddət ərzində səhiyyəyə dövlət büdcəsindən ayrılan vəsait demək olar ki, iki dəfə artırıldı, səhiyyə xidmətlərinə görə cibdən ödənişlər azaldı və dediyim kimi, vətəndaşların 90%-dən çoxuna bu xidmətdən istifadə etmək imkanı verilib.
Həmçinin, onu da xatırlatmaq istəyirəm ki, son illər səhiyyə sahəsinə dövlət tərəfindən ayrılan təxsisatların həcmi misli görünməmiş şəkildə artıb. Müqayisə üçün qeyd edək ki, 2012-ci ildə 450 milyon laridən bu il artıq 1 milyard 450 milyon lariyə yüksəlib, səhiyyə sektoruna ayrılan büdcə demək olar ki, 1,5 milyard olub və bu da əlbəttə ki, olduqca böyük irəliləyişdir”- deyə İrakli Ğaribaşvili açıqlayıb.