İrakli Ğaribaşvili - səfirliklərimizin və orada işləyən əməkdaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün əlimizdən gələni edirik
İrakli Ğaribaşvili - səfirliklərimizin və orada işləyən əməkdaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün əlimizdən gələni edirik

 

Səfirliklərimizin və orada işləyən əməkdaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün əlimizdən gələni edirik -bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili səfirlərin konfransının açılışında çıxışı zamanı açıqlayıb.

Hökumət başçısı səfirlərə təşəkkür edib.

“Səfirliklərimizin və orada işləyən əməkdaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün əlimizdən gələni edirik. Cənab İlia Darçiaşvili yeni nazir kimi məsələlərinizin həllində çox aktiv iştirak edir. Bütün işçilərinizə təşəkkür etmək istəyirəm. Qürbətdə, ailələrdən uzaqda yaşamaq və işləməyin necə çətin olduğunu bilirəm. Əsas vəzifənizi daha da rahat, daha da yaxşı şəraitdə yerinə yetirməyiniz üçün əlimizdən gələni edəcəyik. Cənab İlianın çox yaxşı təşəbbüsləri var. Yəqin ki, biz bunu başqa formatda müzakirə edəcəyik. Mən onu və onun təşəbbüslərini tam dəstəkləyirəm, hökumət səviyyəsində maksimum dəstək və iştirakımız olacaq. Mən hamınıza, hörmətli səfirlər, bütün əməkdaşlarınıza səmimi qəlbdən təşəkkür edir, sizə uğurlar, rifah, əmin-amanlıq arzulayır, Sizi qarşıdan gələn Yeni il və Milad bayramı münasibətilə təbrik edirəm. Çox sağ olun, uğurlar arzulayıram” – deyə Baş nazir açıqlayır.