İrakli Ğaribaşvili - Şarl Mişellə görüşdə qeyd etdik ki, Gürcüstanın Avropaya can atması həmişəkindən daha güclüdür, ona avropalı gələcəyə verdiyi dəstəyə görə təşəkkür edirik
İrakli Ğaribaşvili - Şarl Mişellə görüşdə qeyd etdik ki, Gürcüstanın Avropaya can atması həmişəkindən daha güclüdür, ona avropalı gələcəyə verdiyi dəstəyə görə təşəkkür edirik

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin Avropa Şurasının Prezidenti Şarl Mişellə görüşündə Gürcüstanın Avropaya can atmasından danışılıb.

Ğaribaşvilinin “Twitter” səhifəsində yazdığı kimi, Gürcüstanın Avropa gələcəyinə şəxsi dəstəyinə görə Şarl Mişelə təşəkkür edir.

“Avropa Şurasının Prezidenti ilə görüşməyimə şadam. Biz qeyd etdik ki, Gürcüstanın Avropaya can atması həmişəkindən daha güclüdür və ümid edirik ki, Avropa Şurası bu il Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusu verməklə daha bir tarixi qərar verəcək. Biz prezident Mişelə Gürcüstanın avropalı gələcəyinə göstərdiyi şəxsi dəstəyə görə təşəkkür etmək istərdik”- İrakli Ğaribaşvili yazır.