İrakli Ğaribaşvili - Şarl Mişellə görüşdə biz Gürcüstanın islahat gündəmini və Avropaya inteqrasiya yolunda əldə olunan irəliləyişi müzakirə etdik
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “Twitter” hesabında Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşə münasibət bildirir.
Hökumət başçısı görüşdə Gürcüstanın islahatlarının gündəliyi və Avropaya inteqrasiya yolunda əldə olunan tərəqqinin müzakirə edildiyini bildirib.
“BMT-nin Birləşmiş Ərəb Əmirliklərində təşkil etdiyi 28-ci konfrans çərçivəsində Avropa Şurasının Prezidenti Şarl Mişel ilə iqlim dəyişikliyi ilə mübarizə mövzusunda səmərəli söhbət apardım. Görüşdə biz Gürcüstanın islahatlarının gündəliyini və Avropaya inteqrasiya yolunda əldə olunan irəliləyişi müzakirə etdik. Şarl Mişelin dəstəyinə görə minnətdaram və dekabrda Gürcüstana Aİ-yə namizəd statusunun verilməsini inamla gözləyirəm” – İrakli Ğaribaşvili qeyd edir.