İrakli Ğaribaşvili Şarl Mişel ilə görüş haqqında-Gürcüstanın Avropa İttifaqı ilə olduqca yaxşı əməkdaşlığı vurğulandı, biz 12 prioritetin yerinə yetirilməsi yolunda əldə olunan irəliləyişi müzakirə etdik
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində Avropa Şurasının Prezidenti Şarl Mişellə görüşünə münasibət bildirib.
Hökumət başçısı söhbət zamanı Gürcüstanın Avropa İttifaqı ilə olduqca yaxşı əməkdaşlığının vurğulandığını bildirib.
“BMT-nin 78-ci Baş Assambleyası çərçivəsində Avropa Şurasının Prezidenti Şarl Mişel ilə görüşmək olduqca xoş idi. Söhbət zamanı Gürcüstanın Avropa İttifaqı ilə olduqca yaxşı əməkdaşlığı vurğulandı.
Görüşdə 12 prioritetin yerinə yetirilməsi yolunda əldə olunan irəliləyişləri və Aİ-nin Ali Nümayəndəsinin müəyyən etdiyi qısamüddətli vəzifələri müzakirə etdik.
Avropa İttifaqı Şurasının Prezidentinə ölkənin Avropa Komissiyasının müəyyən etdiyi bütün prioritetlərə sadiqliyini təsdiqlədim”-deyə Gürcüstanın Baş naziri qeyd edib.