İrakli Ğaribaşvili "Sanko Holding"in fəxri prezidenti Zeki Konukoğlu ilə görüşüb
İrakli Ğaribaşvili "Sanko Holding"in fəxri prezidenti Zeki Konukoğlu ilə görüşüb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Sanko Holding”in fəxri prezidenti Zeki Konukoğlu ilə görüşüb.

Baş nazirin mətbuat xidmətinin məlumatında tərəflərin Gürcüstanın güclü investisiya potensialını və gələcək əməkdaşlığın perspektivlərini müzakirə etdikləri deyilir.

Söhbət zamanı SANKO Group-un həyata keçirməkdə maraqlı olduğu investisiya layihələrinə toxunulub. SANKO Group-un baş ofisi Türkiyədə yerləşir, holdinqdə 14 000 işçi çalışır. Şirkət bərpa olunan enerji, tikinti, daşınmaz əmlak, tekstil və digər sektorlar da daxil olmaqla bir neçə sahədə fəaliyyət göstərir.

Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay və “Sanko Holding”in direktoru Cemal Ariki Hökumət Administrasiyasında keçirilən görüşdə iştirak ediblər.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.