İrakli Ğaribaşvili Sameqrelo-Zemo Svaneti bölgəsinin partiya aktivi ilə görüşəcək
“Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvili martın 9-da Sameqrelo-Zemo Svaneti bölgəsinin partiya aktivi ilə görüşəcək.
“Gürcü Arzusu”nun mətbuat xidmətindən verilən məlumata əsasən, görüş Zuqdididə saat 13:00-da başlayacaq.
Görüşdə partiyanın icraçı katibi Mamuka Mdinaradze, regional katib Dimitri Samxaradze, parlament çoxluğunun üzvləri, Zuqdidi, Mestia, Çxorotsğu, Xobi, Senaki, Martvili, Abaşa, Poti və Tsalencixa partiya təşkilatlarının rəhbərləri, eləcə də Sameqrelo-Zemo Svaneti bölgəsindəki dövlət nümayəndəsi Qiorqi Ququchia iştirak edəcəklər.
Verilmiş məlumata əsasən, “Gürcü Arzusu”nun sədri 100 gün ərzində on bölgədə partiya aktivi ilə görüşəcək. İlk görüş ötən həftə Acarada keçirilib.