İrakli Ğaribaşvili Sameba Katedralında Milad liturgiyasında iştirak edib
İrakli Ğaribaşvili Sameba Katedralında Milad liturgiyasında iştirak edib

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili həyat yoldaşı Nunuka Tamazaşvili ilə birlikdə Sameba Katedralında Milad liturgiyasına qatılıb. Bu barədə məlumatı hökumətin mətbuat xidməti yayıb.

“Milad mərasimində parlamentin spikeri Şalva Papuaşvili, “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze, icra və qanunvericilik orqanlarının nümayəndələri də iştirak ediblər.

Təntənəli ibadəti Patriarxal taxt köməkçisi, Senaki və Çxorotsku mitropoliti Şio Mujir keşişlərlə birlikdə həyata keçirib.

Sameba Katedralına toplaşan camaat patriarxın Milad məktubu ilə tanış oldular”, – hökumət administrasiyasının mətbuat xidmətinin məlumatında bildirilib.