İrakli Ğaribaşvili – Saakaşvili Gürcüstana yalnız inqilab, dövlət çevrilişi və bir neçə nəfərə sui-qəsd təşkil etmək məqsədi ilə gəlib

15:13, 28.10.2021

Saakaşvilinin Gürcüstana səfərinin məqsədi inqilab və təxribat idi, – Gürcüstanın baş naziri İrakli Ğaribaşvili jurnalistlərə bildirib.

“Biz buna münasibət bildirmişik və bir daha təkrar edirəm, Saakaşvili Gürcüstana sırf onun planlaşdırdığı inqilab, çevriliş və çirkin təxribat, o cümlədən bir neçə nəfərin öldürülməsi məqsədi ilə gəlib,” – baş nazir bildirib.

Eyni zamanda, İrakli Ğaribaşvilinin sözlərinə görə, Mixeil Saakaşvili özəl klinikaya getmək üçün maskarad qurmağa çalışırmış.

“Saakaşvilinin növbəti maskaradına və teatrına gəlincə, hamı çox yaxşı bilir ki, onun cəhdi, səhnələşdirdiyi tamaşa yeganə məqsədə xidmət edir ki, hansısa yolla onu özəl klinikaya köçürsünlər”, – deyə Gürcüstanın baş naziri bildirib.

Oxşar